10 mart 2025 11:35
84

ABŞ Kiyevə silah tədarükünü dayandırıbmı?

Ukrayna ordusunun Rusiya bölgələrinə davam edən hücumları ABŞ-ın Kiyevə silah tədarükünü dayandırmaması deməkdir.

“İki sahil” xəbər verir ki,  bunu rusiyalı hərbi ekspert Vitali Kiselyov "Solovyev LIVE" efirində deyib. 

“ABŞ deyə bilər ki, onlar təchizatı dayandırırlar və s. Bu yalandır"- deyə, TASS onun sözlərindən sitat gətirib.

Kiselev qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə getdikcə daha tez-tez hücum etməsi təsdiləyir ki, onların arsenalında böyük miqdarda sursat var - onlar bir neçə regiona 250-yə yaxın PUA buraxıblar: “Bu gün Krım yarımadası sadəcə olaraq gecə-gündüz hücuma məruz qalır – hava, yerüstü və sualtı pilotsuz uçan aparatlar”.

Onun fikrincə, Ukrayna Silahlı Qüvvələri tərəfindən ABŞ-a kəşfiyyat məlumatlarının verilməsinə qoyulan məhdudiyyətlər Rusiya şəhərlərinə zərbələrin intensivliyinə təsir etməyəcək.