10 mart 2025 14:43
97

Suriyada Əsəd tərəfdarlarına qarşı hərbi əməliyyatlar başa çatıb

Suriya Müdafiə Nazirliyi devrilmiş prezident Bəşər Əsədin tərəfdarlarına qarşı hərbi əməliyyatların başa çatdığını elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Əsəd tərəfdarları ilə Suriyanın yeni hakimiyyəti arasında toqquşmalarda əsasən mülki şəxslər olmaqla mindən çox insan həlak olub.