10 mart 2025 16:20
116

Sona qədər mübarizəni davam etdirəcəyəm - Corcesku

Kelin Corcesku sona qədər mübarizəni davam etdirəcəyini söyləyib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyası onu Rumıniya prezidentliyinə namizəd kimi təsdiqləməkdən imtina edib.

"Biz eyni dəyərlər üçün sona qədər birlikdə gedəcəyik: sülh, demokratiya, azadlıq", - TASS onun bəyanatından sitat gətirib.

Corcesku, həmçinin Rumıniya xalqına etdikləri hər şeyə görə təşəkkür edib və onlardan heç bir zorakılığa əl atmamağı xahiş edib.

Martın 9-da Corceskunun Rumıniya prezident seçkilərində namizədliyini təsdiqləməkdən imtina etdikdən sonra tərəfdarları Mərkəzi Seçki Komissiyasının binasına daxil olmağa cəhd ediblər.