19 mart 2025 14:08
96

İmamoğlunun həbsi birjaları çökdürdü

İstanbul Birjasında BIST 100 indeksi hərracların açılışında 6,87% azalaraq 10 060 bənd olub.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu, İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi xəbərinə bazar belə reaksiya verib.

Birja rəhbərliyi bütün ticarəti dayandırıb və onun bərpasından sonra indeks martın 18-i çərşənbə axşamı ticarət sessiyasının bağlanış səviyyəsindən 4,6% aşağı olub. Birja ilə yanaşı türk lirəsi də ucuzlaşıb. Onun dollara nisbətdə məzənnəsi 5% ucuzlaşıb. On illik dövlət istiqrazlarının gəlirləri 175 baza bəndi azalaraq 29,94%-ə düşüb.

Xatırladaq ki, bu gün səhər saatlarında Əkrəm İmamoğlunun evində axtarış aparılıb və o, polis tərəfindən həbs edilib. O, korrupsiyada ittiham olunur. Ümumilikdə İstanbul merinin mətbuat müşaviri Murat Ongun da daxil olmaqla 100-dən çox adam haqqında həbs qərarı çıxarılıb. “Sabah” qəzeti yazır ki, həbslər İstanbul media şirkəti Medya A.S.-nin tenderlərinin araşdırılması ilə bağlıdır.