20 mart 2025 19:00
279

Məşhur rejissor Osman Sınav vəfat edib

Türkiyədə məşhur rejissor Osman Sınav 69 yaşında dünyasını dəyişib.

“İki sahil”  xarici mətbuata istinadla xəbər verir ki, o, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, O. Sınav “Kurtlar vadisi”, “Acı hayat”, “Deli yürek”, “Sen anlat Karadeniz”, “Ekmek teknesi” kimi serialların rejissoru olub.