26 mart 2025 08:29
219

NATO-nun baş katibi bu gün Polşaya gedəcək

Bu gün NATO-nun baş katibi Mark Ruttenin Polşaya səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Rutte Polşa prezidenti Anjey Duda, baş nazir Donald Tusk, müdafiə naziri Vladislav Kosinyak-Kamış və xarici işlər naziri Radoslav Sikorski ilə görüşəcək.

Tusk ilə danışıqlardan sonra mətbuata birgə bəyanatların verilməsi planlaşdırılır.

Bundan əlavə, NATO-nun baş katibi Varşava İqtisadiyyat Məktəbində çıxış edəcək.