29 mart 2025 11:39
195

“Tavini Huiraatira” partiyasının baş katibi: Məcburi assimilyasiya yerli xalqların mədəniyyətini məhv edir

Məcburi assimilyasiya müstəmləkələşdirilmiş ərazilərdə yerli xalqların mədəniyyətinin məhvinə səbəb olur.

“İki sahil” xəbər verir ki, bu barədə “Tavini Huiraatira” (Fransız Polineziyası) partiyasının baş katibi Viktor Maamaatuaiahutapu Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda danışıb.

"Mədəniyyətin məhv edilməsi, şübhəsiz ki, xalqımıza mənfi təsir göstərir. Uzun müddətdir ki, ənənələrimiz müxtəlif inzibati strukturlar tərəfindən müdaxiləyə məruz qalır. Onlar başa düşmürlər ki, biz öz mədəni irsimizi qorumaq istəyirik və bunun üçün əlimizdən gələni edirik", - o bildirib.

Baş katibin sözlərinə görə, Fransız Polineziyası sakinlərinin əsas tələbi öz gələcəklərini müstəqil şəkildə müəyyən etmək hüququdur.