Yeni Kaledoniyalı deputat antikolonial tələblərinin eşidilməyəcəyi təqdirdə, mübarizələrinin müharibəyə çevriləcəyini bəyan edib.
“İki sahil” xəbər verir ki, Yeni Kaledoniya parlamentinin üzvü Maria İzabella Saliqa bu barədə Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda danışıb.
O qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyada yerli xalqa qarşı assimilyasiya siyasətini davam etdirir:
"Hazırda ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi, BRICS-in, böyük qüvvələrin güclənməsi göstərir ki, insanlığa qarşı təzyiqlər artır. Makronun bizi saldığı vəziyyət yalnız onun öz eqosuna xidmət edir. Ciddi təhdidlərlə üz-üzəyik”.
O qeyd edib ki, Bakı müstəmləkəyə məruz qalan xalqlar üçün dekolonizasiya mərkəzinə çevirib:
"Tələblərimizi buradan dünyaya çatdırmağa çalışırıq. Bunun nəticəsi olmasa, mübarizəmiz müharibəyə çevriləcək”.