Ermənistanın Sünikin vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan 4 il 3 ay azadlıqdan məhrum edilib.
“İki sahil” xəbər verir ki, bunu vəkil Vaaqn Keşişyan açıqlayıb.
Məlumata görə, 2024-cü il dekabrın sonunda o, həbsdən azad edilib. Onun barəsində həbs qərarı alternativ ehtiyat tədbiri ilə əvəz olunub.
Xaçatryan qanunsuz silah və sursat saxlamaqda, xuliqanlıqda və s. ittiham edilib. 2023-cü il iyunun 19-da avtomobil servislərindən birində mübahisə baş verib, atəş səsləri eşidilib. Atəş açan Xaçatryan, zərərçəkən isə avtomobil servisinin 46 yaşlı əməkdaşı Armen Baqdasaryan olub.