Martın 25-26-da Berlində beynəlxalq iqlim gündəliyində yer alan əsas tədbirlərdən biri – 16-cı Petersberq İqlim Dialoqu (PCD) keçirilib.
“İki sahil” xəbər verir ki, Braziliyada keçiriləcək COP30-a hazırlıq məqsədilə təşkil edilən tədbirdə xüsusilə COP29-un Bakıda keçirilməsindən sonra iqlim maliyyəsi və enerji keçidi ilə bağlı qlobal öhdəliklər diqqət mərkəzində saxlanılıb.
Məqsəd qlobal çağırışlara birgə həll yolları tapmaq və iddialı iqlim hədəflərinin həyata keçirilməsi üçün siyasi konsensusu gücləndirmək olub.
Müzakirələrdə emissiyaların azaldılması, qalıq yanacaqlardan imtina, bərpaolunan enerjinin artırılması və iqlim maliyyəsinin genişləndirilməsi məsələlərinə diqqət çəkilib.