29 mart 2025 21:12
196

TDT Ramazan bayramı münasibətilə türk dünyasını təbrik edib

Türk Dövlətləri Təşkilatı (TDT) Ramazan bayramı münasibətilə türk dünyasını təbrik edib.

“İki sahil” xəbər verir ki, təşkilat bununla bağlı “X” hesabında paylaşım edib.

"Türk dünyasını və bütün müsəlmanları mübarək Fitr bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Qoy bu müqəddəs bayram xalqlarımıza sülh, firavanlıq və birlik gətirsin. Sizə xoş və bərəkətli bayram arzu edirik!", - paylaşımda deyilir.