"Signal" mesencerində Yəmənə zərbələrin müzakirə edildiyi çatdan məlumatın sızması, çatın administratoru olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun karyerasına baha başa gələ bilər. Onun işdən çıxarılması təklif edilib.
“İki sahil” "Politico"ya istinadən xəbər verir ki, bunun təşəbbüskarı ABŞ prezidenti ilə qapalı görüşdə ölkənin vitse-prezidenti Ceyms Devid Vens olub.
ABŞ lideri Donald Tramp Vens ilə razılaşsa da, o, hələ Uoltsu qovmaq fikrində deyil, çünki bu addım, sözügedən hadisəni şişirtməyə çalışan liberal medianın qələbəsi olardı.