29 mart 2025 21:21
193

Ekvador ABŞ qoşunlarının gəlişinə hazırlaşır

Ekvador fəal şəkildə ABŞ qoşunlarının gəlişinə hazırlaşır.

“İki sahil” xəbər verir ki, CNN-in əldə etdiyi məlumatlarda ölkənin cinayətkar qruplarla mübarizəyə başlayacağı ilə bağlı xəbərlər yer alıb.

Ekvador Prezidenti Daniel Noboa ABŞ Prezidenti Donald Trampa dəstək üçün müraciət edib və qoşun yeridilməsini xahiş edib.

Sahildə yerləşən Manta şəhərində yeni hərbi dəniz obyekti inşa edilir. Bu barədə adının açıqlanmasını istəməyən yüksəkvəzifəli Ekvador rəsmisi məlumat verib. Onun sözlərinə görə, burada ABŞ hərbçiləri üçün kazarmalar və ofislər olacaq. O qeyd edib ki, obyekt davamlı əməliyyatlar üçün lazımdır.

CNN-nin məlumatına görə, Ekvador rəhbəri açıq şəkildə ölkədə xarici qüvvələri görmək arzusundan danışır. Noboa cinayətkar dəstələr ölkəni qorxuya saldığı üçün kömək axtarır. O, martın 29-da Floridada Trampla görüşməyi planlaşdırır. Gündəmdə isə miqrasiya, ticarət və təhlükəsizlik məsələləri dayanır.