29 mart 2025 10:33
195

HƏMAS bir neçə girovu azad edəcək

HƏMAS Qəzza zolağında İd əl-Fitr bayramı müddətində atəşkəs üçün bir neçə girovu azad edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Mənbələrin məlumatına görə, HƏMAS İd əl-Fitr bayramı zamanı atəşkəs müqabilində bir neçə girovu, o cümlədən ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksanderi azad etməyə hazırdır.

Bildirilib ki, fələstinlilərin Qəzzada HƏMAS-ın idarəçiliyinə qarşı keçirdikləri etirazları yatırmaq üçün radikallara bir neçə günlük atəşkəs lazımdır.

Xatırladaq ki, Ramazan ayında ərəb ölkələrində orucluq bitdikdən sonra İd əl-Fitr bayramını qeyd edirlər.