29 mart 2025 10:41
187

Beynəlxalq konfransın iştirakçısı: Qvadelupa əhalisi adada fransız dilinin rəsmiləşdirilməsinə qarşıdır

Qvadelupa əhalisi adada fransız dilinin rəsmiləşdirilməsinə qarşıdır.

“İki sahil” xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin sədri Jan-Jakob Bisep Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Qvadelupada fransız dilinin rəsmiləşdirilməsi cəhdi adada assimilyasiya prosesinin tərkib hissəsidir:

"Assimilyasiya isə kütləvi qırğın silahıdır. Afrikalılar əsrlər boyu buna məruz qalıblar. Onlar sivil cəmiyyətə çevrilmək adı ilə xristianlaşdırılırdılar. Quldarlığa məruz qalan xalqların mədəniyyəti təhdid kimi görüldüyü üçün məhdudlaşdırılırdı".

O qeyd edib ki, Qvadelupa öz mədəniyyətini və ənənələrini yaşatmağa çalışır:

"Biz istəyirik ki, rəqslərimiz, musiqimiz, ənənələrimiz yaşasın, öz dilimiz qorunsun. Buna görə müstəmləkəçiliyə məruz qalan digər xalqlarla birgə mübarizə aparmalıyıq. Müxtəlifliyimiz bizim gücümüzə çevrilməlidir".