29 mart 2025 20:25
223

ABŞ-ın vitse-prezidenti Vensin ton və üslubunu bəyənməyib

Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen “X” hesabında paylaşdığı videoda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Kopenhagen hökumətini Qrenlandiya ilə bağlı tənqid edərkən istifadə etdiyi ton və üslubu bəyənmədiklərini bildirib.

İki sahil” xəbər verir ki, Vensin Danimarka hökumətinin Qrenlandiyanın təhlükəsizliyinə kifayət qədər maliyyə ayırmaması ilə bağlı şərhlərinə cavab verən Rasmussen ölkəsinin artıq Arktika regionunun təhlükəsizliyinə daha çox sərmayə yatırdığını və bu məsələdə ABŞ ilə əməkdaşlığa açıq olduğunu bildirib: "Bir çox ittihamlar və iddialar irəli sürülüb. Təbii ki, biz tənqidə açığıq. Amma biz bu tənqidlərin tonunu qiymətləndirmirik. Siz yaxın müttəfiqlərinizlə bu şəkildə danışa bilməzsiniz".

Məhərrəm Ağalaroğlu, “İki sahil”