29 mart 2025 23:23
210

Norveçin Tronxeym şəhərində bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb

Norveçin Tronxeym şəhərində fərdi evdə baş verən bıçaqlı hücumda 5 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, hücum nəticəsində 4 nəfər xəstəxanaya aparılıb.

Yaralananlardan biri ağır, ikisi orta, biri isə yüngül xəsarət alıb. Həlak olanlar arasında 20-40 yaşlarında iki qadın və üç kişi olduğu bildirilib.

Hadisə ilə bağlı 40 yaşlı kişi saxlanılıb. Qonşuların verdiyi məlumata görə, son həftələrdə polislər bir neçə dəfə bu ünvana gəliblər.