30 mart 2025 00:02
211

Ziyafətdə atışma olub - ABŞ-da

ABŞ-da ziyafətdə atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Məlumata görə, 40-a yaxın yeniyetmənin şənlik etdiyi evin yaxınlığında küçədə dava düşüb, əraziyə polis çağırılıb. Daha sonra atışma səsləri eşidilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bir yeniyetməni şübhəli şəxs qismində saxlayıblar. Polis hadisənin motivlərini və şəraitini müəyyənləşdirir.