30 mart 2025 12:38
197

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadla məlumat yayıb.

Məlumata görə, 3 400 nəfər xəsarət alıb, 300-ə yaxın insan itkin düşüb.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Zəlzələ Tailand, Çin və Vyetnamda hiss olunub.