31 mart 2025 20:32
189

Litvada təlimlər zamanı itkin düşən ABŞ əsgərləri ölü halda tapılıb

Ötən həftə Litvada təlimlər zamanı itkin düşən ABŞ əsgərləri ölü halda tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Litva Prezidentinin Gitanas Nausedanın mətbuat xidməti məlumat yayıb.

"Təlim zamanı amerikalı əsgərlərin ölüm xəbərini dərin hüzn və kədər hissi ilə qarşılayırıq. Onların ölümü Litva ordusu üçün ağır zərbədır", - mətndə deyilir.

Qeyd edilib ki, ötən həftə Litvada avtomobili bataqlıqda tapılan ABŞ ordusunun dörd əsgərindən üçü hadisə yerində ölü vəziyyətdə tapılıb. Dördüncü əsgərin axtarışları isə hələ də davam edir.