08 aprel 2025 08:21
200

ÇL: "Bavariya" "İnter"i, "Arsenal" isə "Real"ı qəbul edəcək

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

İki sahil”in məlumatına görə, Bakı vaxtı ilə saat 23.00-da start götürəcək qarşılaşmalarda "Bavariya" (Almaniya) "İnter"i (İtaliya), "Arsenal" (İngiltərə) isə "Real"ı (İspaniya) qəbul edəcək.

Çempionlar Liqası,

1/4 final mərhələsi

8 aprel

23:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya)

Hakimlər: Sandro Şerer, Stefan de Almeyda, Yonas Erni, Lukas Fendriç (hamısı İsveçrə)

VAR: Fedayi San (İsveçrə)

AVAR: Pol van Bukel (Niderland)

 

23:00. "Arsenal" (İngiltərə) - "Real" (İspaniya)

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Beljo, Miloş Qiqoviç (hamısı Bosniya və Herseqovina)

VAR: Bastian Dankert (Almaniya)

AVAR: Kristian Dinqert (Almaniya)

Məhərrəm Ağalaroğlu, “İki sahil”