08 aprel 2025 13:16
185

Neftin qiyməti 40 dollardan aşağı düşə bilər - "Goldman Sachs"dan XƏBƏRDARLIQ

Brent markalı neftin qiyməti 40 dollardan aşağı düşə bilər. "Goldman Sachs"ın bu variantı mümkün hesab edir.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

"Həm qlobal ÜDM artımının azaldığı, həm də OPEC-in bütün hasilatın azaldılmasından imtina etdiyi və qeyri-OPEC-ə daxil olan tədarükü mənfi təsir edən daha ekstremal və daha az ehtimal olunan ssenaridə biz Brent markalı neftin qiymətlərinin 2026-cı ilin sonuna kimi bir barel üçün 40 dollardan aşağı düşəcəyini gözləyirik”, – deyə, bankın analitikləri qeyd ediblər.

Bundan əvvəl "Goldman Sachs" 2026-cı ildə neftin orta qiyməti ilə bağlı proqnozunu bir barel üçün 4 dollar aşağı salmışdı. Beləliklə, bankın analitiklərinin fikrincə, Brent neftinin orta illik qiyməti 58 dollar, WTI üçün isə 55 dollar olacaq.

Brent markalı neftin qiyməti son bir həftə ərzində 75 dollar/bareldən 65 dollara düşüb.