ABŞ Şərqi Avropadakı hərbi kontingentini 10 min nəfər azaltmaq imkanını nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
“Müdafiə Departamentinin yüksək vəzifəli məmurları məsələ ilə bağlı məlumatlandırılmış 6 ABŞ və Avropa rəsmisinə görə, Şərqi Avropadan 10 minə qədər hərbçinin çıxarılması təklifini nəzərdən keçirilir” - deyə, məlumatda qeyd edilir.
Telekanalın məlumatına görə, söhbət 2022-ci ildə Ukrayna ilə həmsərhəd ölkələrdə yerləşdirilən 20 minə qədər hərbçidən ibarət qrupun qismən çıxarılmasından gedir.
Qeyd edildiyi kimi, hazırda qoşunların çıxarılması ilə bağlı yekun qərar verilməyib.