“Apple” şirkətinin Britaniya kəşfiyyat xidmətlərinə qarşı şikayətinə baxan məhkəmə dinləmələrin açıq keçirilməsinə qərar verib.
“İki sahil” xəbər verir ki, bu barədə BBC xəbər yayıb.
Bildirilir ki, məhkəmə kəşfiyyat agentliklərinin açıq məhkəmə prosesinin Britaniyanın milli təhlükəsizliyinə xələl gətirəcəyi ilə bağlı arqumentlərini rədd edib. Bildirib ki, dinləmənin baş verdiyini ictimaiyyət tərəfindən etiraf edilmədən gizli keçirilməsi sadəcə olaraq ağlasığmazdır. Britaniya hüquq müdafiəçiləri və mediası prosesin açıq olmasını təmin etməyə çalışıblar.
"Apple" martın əvvəlində Britaniya kəşfiyyatını bu ölkənin Daxili İşlər Nazirliyinin tələbinin ləğv edilməsi edilməsi ilə bağlı məhkəməyə verib. Tələb iCloud istifadəçi məlumatlarına giriş icazəsi verilməsi ilə bağlıdır.
"The Washington Post" xəbər verir ki, bu tələb fevral ayında Apple-a qarşı İstintaq Səlahiyyətləri Aktı çərçivəsində irəli sürülüb. Tələb məlumatların şifrələnməsinin cinayətkarlara ədalətdən gizlənməyə imkan verməsi ilə əsaslandırılıb. ABŞ kəşfiyyat agentlikləri Britaniya kəşfiyyat agentliklərinin "Apple" ilə bağlı tələblərini araşdıracaqlarını bildirdilər.
Daxili İşlər Nazirliyi məhkəmə ilə bağlı şərh verməyəcəyini elan edib. Lakin əsas prioritetinin insanların təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb. Hüquq müdafiə təşkilatları və media məhkəmənin qərarını alqışlayıb.