15 aprel 2025 08:42
137

UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilir

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

“Borussiya” doğma meydanda “Barselona”nı qəbul edəcəksə, PSJ səfərdə “Aston Villa”nın qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

23:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya)

İlk oyun - 0:4

23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 1:3.

Qeyd edək ki, 1/4 finalın digər iki cavab görüşü sabah keçiriləcək.