Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Prezident Kabinetinin iclası keçiriləcək.
“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, Prezident Kompleksində keçiriləcək görüş yerli vaxtla saat 15:00-da başlayacaq.
İclasın gündəliyində ölkədaxili və beynəlxalq hadisələr, son iqtisadi vəziyyət və terrorla mübarizənin yer alacağı, eləcə də Suriyada və Qəzzadakı hadisələrin müzakirə ediləcəyi gözlənilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”