Qubada güclü küləklə müşayiət olunan yağış yağır.
"İki sahil"in Şimal təmsilçisi məlumat verir ki, hazırda rayon ərazisində çaylarda suyun miqdarı və səviyyəsi artıb, sel gəlib. Gecə saatlarından ildırım çaxması və güclü küləklə müşayiət yağış yağmaqda davam edir.
Rayon ərazisində hər hansı tələfat və dağıntı barədə məlumat yoxdur.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün