Ermənistanda “məxməri inqilab”ın başında gedən Nikol Paşinyan qiyam günlərində erməni toplumuna səadət gətirəcək çoxlu şirin nağıllar söyləmiş, hayların ağzını sulandırmışdı. Lakin hakimiyyət kürsüsündə yerini möhkəmlədib rahatlayandan sonra söylədikləri ilə əməlləri uyğun gəlmədi. Bütün işləri yarıda qoydu. Əvvəlcə Ermənistanı Rusiyanın təsirindən çıxaracağını iddia etsə də ölkəsi bu gün də Rusiyanın təsirindən uzaqlaşa bilmir. Prezident Vladimir Putinin portretlərinin ayaqlar altına atılıb yandırılmasının, rus səfirliyinin təhqir edilməsinin, rusdilli məktəblərin bağlanmasının, rusların vəzifədən və ölkədən qovulub çıxarlmasının müəllifi olan Nikol Paşinyan son məqsədinə nail ola bilmədi. Müstəqillikdən dəm vuran hüllükbaz rəhbər ölkəsini yenə də Moskvadan asılı vəziyyətdə saldı.
Bircə fakt göstərək ki, Rusiya alternativi olmayan hərbi Gürcüstan yolunu bir ay müddətində bağlasa, yanacaq verməsə ağır blokada şəraitinə düşən Ermənistan iqtisadiyyatı çökər. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaqlarını bildirsə də sona qədər gedə bilmədi. Yalnız gücü ona yetdi ki, bu planını “dondurdu.”
Yarımçıq qalan məsələlərin siyahısı sadaladıqlarımızla bitmir. Demək olar ki, Paşinyanın verdiyi bütün qərarların icrası yarımçıqdır. O, imza atdığı məsələləri reallaşdırmaqda acizdir, yəni boş-boş danışmaqla, müxtəlif yalançı versiyalar uydurmaqla məşğuldur. Sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, işğal etdikləri Azərbaycan ərazilərinin geri qaytarılması, Zəngəzur dəhlizi ilə bağlı məsələlər də tamamlanmayıb. Azərbaycan isə öz sözünü tutaraq Zəngəzur dəhlizinin açılması üçün üzərinə götürdüyü öhdəlikləri və hazırlıq işlərini tamamilə yerinə yetirib. Paşinyan, həmçinin sülh sazişinin vacib olduğunu, Azərbaycan və Türkiyə ilə düşmənçiliyin Ermənistanı uçuruma apardığını erməni cəmiyyətinə çatdırır. Bu, müsbət hal olsa da ancaq onun aradan qaldırılması unudulub. Çünki əfəl baş nazir verdiyi sözü əməli işə çevirməyi bacarmır. Artıq xeyli müddətdir ki, o, heç bir addım atmır, varlığı ilə yoxluğunun fərqi görünmür.
Ermənistanın baş naziri əgər Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını, onlara qarşı ərazi iddialarından əl çəkməsini, sərhədin açılmasını, nəqliyyat dəhlizlərinə qoşulmaq istəyirsə bu məsələlərin sürətli həllinə doğru real addımlar atmalıdır. Amma hələ ki, bunların heç birini görmürük. “Qardaş” adlandırdığı İranla da münasibətlər ziddiyyətli və qarışıq haldadır. Sıx əlaqələr saxladığı, hər cür dəstək aldığı İranın düşmənlərini Ermənistana doldurmaqla ona qarşı siyasətdə yarımçıqlığa yol verir. Ola bilsin ki, Paşinyan bu məsələləri qaydasına qoyarsa erməni cəmiyyətində reytinqinin aşağı düşəcəyindən ehtiyatlanır. Başa düşmək istəmir ki, regional kommunikasiyalar, sərhədlər açılsa, diplomatik münasibətlər, iqtisadi əlaqələr formalaşsa bölgədə sabitlik yaranacaq. Bu, Ermənistanın özünün də xeyrinə olacaq, ölkəsinə valyuta axını başlayacaq. Deməli, Paşinyan bununla mövqelərini bir qədər də möhkəmləndirə biləcək. Bunların bəhrəsini görən toplum ona etimad göstərib arxasında möhkəm dayanacaq. Ancaq baş nazir postunu boşuna tutan Nikol Paşinyan onu sarmış ətalətdən və dar düşüncədən yaxa qurtara bilmir.
Qısaca desək,astagəl və qorxaq Nikol Paşinyan keçdiyi yollarda arxasınca bütün körpüləri yandırır, öz bədbəxt toplumunu qaranlıq bir gələcəyə aparır. Bu da onu sübut edir ki, Paşinyan hakimiyyətin olimpinə yüksəlsə də sağalmaz “erməni xəstəliyindən” yaxa qurtara bilməyib. Ümumiyyətlə, erməni toplumu heç vaxt normal düşüncəli, şərəfli, ədalətli və sülhsevər bir rəhbər yetişdirə bilməyib. Bu da ona həmişə bədbəxtlik və əsarət gətirib. Haylar heç vaxt qollarındakı əsarət zəncirindən xilas ola bilməyiblər. Müasir dövrdə də bunu yarımçıq Paşinyan bacarmırdı.
Vəli İlyasov, “İki sahil”