20 aprel 2025 16:29
96

"Gəncə" "Şəki"ni məğlub edib

"Gəncə" Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyununda qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, bölgə təmsilçisi doğma azarkeşlər önündə "Şəki"ni qəbul edib.

Gəncə İdman Sarayındakı qarşılaşma meydan sahiblərinin 94:71 hesablı qələbəsi ilə bitib.

İlk qarşılaşmada "Şəki" qalib gəldiyi (85:84) növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsində ikinci oyunlara aprelin 22-də yekun vurulacaq.