20 aprel 2025 17:58
120

Türkiyədə duman səbəbindən bəzi uçuşlar ləğv edilib

Türkiyədə müşahidə olunan qatı duman ölkənin bəzi hava limanlarında uçuşların ləğv edilməsinə səbəb olub.

“İki sahil” xəbər verir ki, Trabzon Hava Limanından Ankara və İstanbula planlaşdırılan bəzi reyslər ləğv edilib.

Ordu-Giresun Hava Limanında da duman səbəbindən reyslərdə təxirə salınmalar və gecikmələr olub. İstanbuldan planlaşdırılan uçuş duman səbəbindən ləğv edilib.

Ankara və İstanbuldan Rizə-Artvin Hava Limanına planlaşdırılan iki reys də dayandırılıb.

Uçuşların hava şəraiti yaxşılaşdıqdan sonra həyata keçirilməsi planlaşdırılır.