23 iyun 2025 08:52
98

ABŞ “M109” haubitsalarının atəş məsafəsini artıracaq

ABŞ ordusunun “M109” özüyeriyən artilleriya qurğuları Almaniyanın “PzH 2000” özüyeriyən toplarında quraşdırılan geniş mənzilli silahlar alacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.

Məlumata əsasən “BAE Systems” ABŞ silahlı qüvvələri ilə “M109”un modernləşdirilməsini sürətləndirəcək birgə tədqiqat və inkişaf müqaviləsi imzalayıb.

Qeyd olunub ki, bu əməkdaşlıq “Rheinmetall L52” 155 mm haubitsasını özündə birləşdirən “M109-52” prototipini mövcud “M109” donanmasına inteqrasiya edərək dəqiq atəş məsafəsini artıraraq onun imkanlarını yüksəldəcək.