Fransa polisi Parisdəki Burje aviasalonunda aksiya keçirmək istəyənləri saxlayıb.
“İki sahil” “Figaro”ya istinadla xəbər verir ki, saxlanan 7 nəfər beynəlxalq tədbirin işini pozmaqda təqsirləndirilir. Polisin məlumatına görə, ifrat solçular aviaşouya mane olmaq istəyiblər. Onlardan 1 ədəd helium balonu və 200 şar müsadirə edilib.