20 aprel 2025 20:45
107

Yüksək Liqa: “Neftçi” və “Xilasedici” üçüncü yer uğrunda mübarizə aparır

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda mübarizəyə start verilib.

“İki sahil” xəbər verir ki, “Neftçi” və “Xilasedici” komandaları bürünc medal üçün ilk oyuna çıxıblar.

“Xilasedici” 3:0 (25:20, 25:22, 25:17) hesabı ilə qələbə qazanıb.

Tərəflər arasındakı ikinci oyunu sabah keçiriləcək.

Qeyd edək ki,reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq