Blokçeyn platforması Polymarket kimin yeni Papa olacağına dair mərcləri qəbul etməyə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Bu yarışda kriptovalyuta investorları baxımından favorit italyan Pietro Parolindir. Platforma istifadəçilərinin 34%-i kardinalların onu seçəcəyinə mərc edir.
İnvestorların fikrincə, seçkidə digər ehtimal olunan qaliblər 67 yaşlı filippinli Luis Antonio Taqle (22%) və 69 yaşlı Matteo Maria Zuppidir (12%). Qalan namizədlərin şansı 10%-dən az qiymətləndirilir.