22 aprel 2025 17:32
104

ABŞ Cənub-Şərqi Asiyadan alınan günəş panellərinə 3521%-ə qədər tariflər tətbiq edəcək - Bloomberg

Amerika Birləşmiş Ştatları Cənub-Şərqi Asiya ölkələrindən idxal edilən günəş panellərinə 3521%-ə qədər tariflər tətbiq edir.

“İki sahil” xəbər verir ki,  bu barədə Bloomberg yazır.

Məqalədə deyilir: “Birləşmiş Ştatlar dörd Cənub-Şərqi Asiya ölkəsindən idxal olunan günəş panellərinə 3,521% yeni tariflər tətbiq edib".

Qeyd olunur ki, ən yüksək tarif Kamboca üçün müəyyən edilib - 3521%. Malayziya istehsalçıları 34,4%, Vyetnam - 395,9%, Tailand - 375,2% rüsuma məruz qalıblar.

Rüsumların tətbiqinə səbəb ticarət araşdırması olub və agentliyin qeyd etdiyi kimi, bu ölkələrdən avadanlıqların ABŞ-a dempinq qiymətləri ilə daxil olduğunu göstərib. Eyni zamanda, Asiya istehsalçıları dövlət subsidiyalarından yararlanırırlar.