22 aprel 2025 16:53
114

Tacikistanda zəlzələ nəticəsində 30-dan çox yaşayış binası dağılıb

Bazar günü, aprelin 13-də Tacikistanın mərkəzi hissəsində Rixter cədvəli üzrə 4-5 bal gücündə zəlzələ baş verib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  respublikanın Rəşt rayonunda 34 yaşayış binası dağılıb, on nəfər yaralanıb.

Yeraltı təkanların episentri Düşənbədən 160 km, Rəşt bölgəsindən 21 km aralıda yerləşib. Episentrdə zəlzələnin gücü 5-6 bal, Düşənbədə isə 3 bal təşkil edib.  72 ev qismən dağılıb, 89 ev cüzi ziyan görüb. 6 icma mərkəzi, 12 km yol, 160 elektrik xətti, 400 m suvarma və içməli kanal zədələnib.