Rusiyanın “Red Wings” aviaşirkəti iyunun 4-dən Yekaterinburq və Bakı arasında reys açır.
“İki sahil” xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçuşlar həftədə iki dəfə, çərşənbə və cümə günləri həyata keçiriləcək. Uçuş müddəti üç saat təşkil edəcək.
"Koltsovo" (Yekaterinburq) beynəlxalq hava limanının cədvəlinə görə, hazırda Yekaterinburqdan Bakıya uçuşları "Ural Hava Yolları" və "Azərbaycan Hava Yolları" həyata keçirir.
Məlumata görə, “Ural Hava Yolları” uçuşları çərşənbə axşamı və cümə günləri yerinə yetirir, aprelin 28-dən isə bazar ertəsi, cümə axşamı və şənbə günləri əlavə reyslərlə həyata keçirəcək.
"Azərbaycan Hava Yolları" isə uçuşları bazar ertəsi və çərşənbə günləri yerinə yetirir, iyunun 6-dan etibarən isə cümə günləri də həyata keçiriləcək.
Qeyd edək ki, “Red Wings” Rusiyanın ən böyük aviaşirkətlərinin onluğuna daxildir.