Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ölkə vətəndaşlarını zəlzələyə hazır olmağa çağırıb.
“Bizim qurumlarımız, millətimiz, hamımız mümkün zəlzələdən minimum itkilərlə çıxmağa hazır olmalıyıq”, - deyə RİA Novosti onun sözlərindən sitat gətirib.
Kurtulmuş İstanbuldakı zəlzələnin “artıq qapının astanasında” olduğunu bildirib.
Bundan əvvəl İstanbul meriyası 6,2 bal gücündə zəlzələnin ciddi nəticələrinin olmadığını açıqlamışdı.