23 aprel 2025 17:28
137

Kiyevin ərazi güzəştlərindən imtina etməsi Trampı qəzəbləndirib - "Washington Post"

Ukraynanın ərazi güzəştlərindən imtina etməsi Amerika lideri Donald Trampın administrasiyasını qəzəbləndirib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Washington Post" öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşr yazır ki, ABŞ dövlət katibi Marko Rubio görüşdə iştirakdan imtina etdikdən sonra avropalı diplomatlar aprelin 23-də Londonda Ukrayna məsələsi ilə bağlı planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv ediblər.

Məqalə müəllifləri qeyd ediblər ki, bu fasilə Vaşinqtonda Ukraynanın ərazilərin Rusiyaya verilməsi ilə bağlı mübahisəli təklifləri qəbul etmək istəməməsi və Kiyevin “əvvəlcə tam atəşkəsi müzakirə edib, sonra hər şeyi etməyə” üstünlük verməsi ilə bağlı baş verib.

Qəzetin mənbəsi qeyd edib ki, məsələ “son dərəcə gərgindir”.