24 aprel 2025 11:57
99

Azərbaycan-Macarıstan oyununun başlama saatı açıqlanıb

Azərbaycan milli komandasının Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün başlama vaxtı müəyyənləşib.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, iyunun 10-da keçiriləcək oyun saat 20:00-da start götürəcək.

Matç “Liv Bona Dea Arena”da təşkil olunacaq.