24 aprel 2025 13:43
112

Duda etiraf edib ki...

Kiyev Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə danışıqlarda müəyyən qədər öz tələblərindən geri çəkilməyə məcbur olacaq.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Polşa prezidenti Andjey Duda da etiraf edib.

O,"Euronews" telekanalına müsahibəsində qeyd edib ki, bu prosesdə hər bir tərəf güzəştə getməli olacaq.

"Ukrayna da müəyyən dərəcədə təslim olmalı olacaq, çünki çox güman ki, belə olacaq. Nə dərəcədə? "İndiki mərhələdə bunu demək mənim üçün çətindir", - deyə, Duda bildirib.

Daha əvvəl "Financial Times" yazıb ki, Aİ liderləri Zelenskini münaqişənin həlli üçün ərazi güzəştlərinə getməyə çağırıb.