24 aprel 2025 14:07
105

Tramp Çinə tətbiq edilən tarifləri aşağı salacaq?

ABŞ avtomobil istehsalçılarına rüsumları selektiv şəkildə yüngülləşdirə bilər, lakin Ağ Ev Çinə tətbiq edilən rüsumları tez bir zamanda azaltmağı planlaşdırmır.

“İki sahil” xəbər verir ki, bu barədə  "Bloomberg" məlumat yayıb.

Qeyd edilir ki, xüsusilə, Donald Tramp administrasiyası avtomobil istehsalçılarının şikayətlərini dinləyib və artıq rüsumlara məruz qalan avtomobilləri və ehtiyat hissələrini polad və alüminium üzrə əlavə tariflərdən azad etmək istəyir.

Donald Tramp bu yaxınlarda açıq şəkildə Çin üçün tədbirlərin yumşaldılmasına icazə verib. İndiki 145 faiz dərəcələri 50-65 faizə düşə bilər. "Washington Post" əlavə edir ki, Ağ Ev Pekindən “dürüst dialoq” istəyir və tədbirləri ləğv etməyə tələsmir. Çin də öz növbəsində Avropa kapitalını ölkəyə fəal şəkildə cəlb edir.