25 aprel 2025 16:46
123

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Aprelin 26-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

“İki sahil” xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.