25 aprel 2025 18:59
96

Aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib

Aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, aprelin 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 22-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin aprel ayının pensiya ödənişləri həyata keçirilib.