Futbol üzrə Misli Premyer Liqasında XXXII turun daha iki oyunu keçiriləcək.
“İki sahil” xəbər verir ki, günün ilk matçında "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək. Naxçıvan klubu 53 xalla 3-cü, "dənizçilər" isə 20 xalla sonuncu - 10-cu yerdədir.
Digər görüşdə "Qarabağ" "Sabah"ın qonağı olacaq. Aktivində 76 xalı olan Ağdam klubu bu gün məğlubiyyət yaşamasa vaxtından əvvəl ölkə çempionu olacaq. Meydan sahibləri isə 39 xalla 5-ci yerdədir.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında “Turan Tovuz” “Şamaxı” ilə heç-heçə edib -1:1. "Zirə" isə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.