Gəncədə kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.
“İki sahil” xəbər verir ki, Kəlbəcər rayonunun Yellicə kənd sakini, 2002-ci il təvəllüdlü Zamin Məmmədov, 1996-cı il təvəllüdlü Babək Hacıağazadə və 1998-ci il təvəllüdlü Ələddin Əlizadə kütləvi dava zamanı bıçaq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan Z.Məmmədovun vəziyyəti ağırdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.