28 aprel 2025 11:54
87

Ançelotti "Real"a son qərarını bildirdi

"Real"ın baş məşqçisi Karlo Ançelotti klubdan ayrılmaq istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.

Mütəxəssis Braziliya millisini çalışdırmaq niyyətindədir. 65 yaşlı məşqçi artıq həm rəhbərliyə, həm də paltardəyişmə otağında komanda üzvlərinə "Real"ı tərk etmək istədiyi barədə məlumat verib. Onun klublararası dünya çempionatı başlamazdan əvvəl iş yerini dəyişəcəyi gözlənilir.

Madrid klubunun rəhbərliyi dünya çempionatında komandaya kimin rəhbərlik edəcəyi ilə bağlı seçim etməli olacaq. Daha əvvəl də məlum olduğu kimi, bu vəzidəyə əsas namizəd hazırda "Bayer"ə baş məşqçilik edən Xabi Alonsodur.

Qeyd edək ki, cari mövsüm "Real" Çempionlar Liqasının 1/4 finalın "Arsenal" səddini keçə bilməyib və mübarizəni dayandırıb. Komanda İspaniya kubokunun finalında da "Barselona"ya uduzaraq tutulu əldən verib. La Liqada isə "kral klubu" Kataloniya təmsilçisindən 4 xal geri qalır və 72 xalla 2-cidir.