ABŞ prezidenti Donald Tramp faydalı qazıntılar ilə bağlı razılaşmadan ABŞ-nin əvvəlki administrasiyasının Kiyevi dəstəkləmək üçün xərclədiyi 350 milyard dollardan daha çox qazanacağına ümid edir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidenti "News Nation" televiziya kanalına deyib.
"Biz nəzəri cəhətdən 350 milyard dollardan daha çox əldə etdiyimiz bir müqavilə bağladıq", - deyə o bildirib.
O əlavə edib ki, razılaşma "Baydenin onlara təhvil verdiyi" 350 milyard dollara görə cəza kimi nəzərdə tutulur.