Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyəti yerli kitabxanalarda Azərbaycan dilində nəşrlərə qarşı tətbiq edilən qərəzli yanaşmaya etiraz olaraq petisiya hazırlayıb.
“İki sahil” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, petisiyada uzun müddətdir Kanadanın kitabxanalarında uşaqlar, gənclər və böyüklər üçün Azərbaycan dilində heç bir nəşrin olmadığı bildirilib.
Həmin kitabxanalara Azərbaycan ədəbiyyatına aid nümunələrin bağışlanması üçün dəfələrlə müraciət edilsə də, əsassız səbəblərlə bu təkliflərə imtina verildiyi qeyd olunub.
Cəmiyyət Azərbaycan dilində kitabların Kanadada yaşayan azərbaycanlılar üçün vacibliyini vurğulayaraq bu qərəzli imtinaya dərhal son qoyulmasını tələb edib.