02 may 2025 09:00
137

Misli Premyer Liqasında 33-cü tur Zirədə start götürəcək

Bu gün Misli Premyer Liqasında 33-cü tur start götürəcək.

“İki sahil” xəbər verir ki, ilk günə 1 matç nəzərdə tutulub. "Zirə" öz meydanında "Turan Tovuz"u qəbul edəcək.

Hazırda paytaxt təmsilçisi turnir cədvəlində 64 xalla 2-ci, bölgə klubu isə 49 xalla 4-cüdür. Rəşad Sadıqovun komandası ötən tur avrokuboklara vəsiqəni təmin edib. "Zirə" əgər bu gün qələbə qazanarsa, sona 3 tur qalmış artıq mövsümü 2-ci yerdə bitirməyi də təmin edəcək. Lakin Bakı klubu heç-heçə edərsə və ya uduzarsa, 3-cü sıradakı "Araz-Naxçıvan"ın "Sabah"la sabahkı oyununun nəticəsini gözləməli olacaq. 

"Zirə" ilə "Turan Tovuz" arasında əvvəlki 3 turda keçirilən matçlarda 1 dəfə "Zirə" qalib gəlib (2:0), 1 dəfə "Turan Tovuz" qələbə qazanıb (1:0), 1 dəfə isə heç-heçə qeydə alınıb (0:0). 

Qeyd edək ki, Misli Premyer Liqasında "Qarabağ" artıq çempionluğu rəsmiləşdirib.

Misli Premyer Liqası,

33-cü tur

2 may

20:00. “Zirə” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Eyyub İbrahimov.

Zirə İdman Kompleksinin stadionu

3 may

17:00. “Şamaxı” – “Səbail”

19:30. “Araz-Naxçıvan” – “Sabah”

4 may

18:00. “Qarabağ” – “Sumqayıt”

20:00. “Neftçi” – “Kəpəz”